İyul ayı sona yaxınlaşdıqca, astroloji təsirlər bəzi bürclərə maddi baxımdan şanslı imkanlar yaradır. Göy üzündəki yerləşmələr və planet hərəkətləri, bu bürclərin maliyyə sahəsində gözlənilməz inkişaflar yaşayacağını və demək olar ki, ciblərinin dolacağını göstərir.
News24.az iyulun sonu etibarilə zənginlik rüzgarları əsdirəcək 4 şanslı bürcü təqdim edir:
1. Buğa Bürcü:
Torpaq elementinin ən səbirli və sabit bürcü olan Buğa, iyul ayının sonuna doğru maliyyə sahəsində böyük fürsətlərlə qarşılaşa bilər. Veneranın müsbət təsiri və Yupiterin bəxş etdiyi şans, Buğaların uzun müddətdir gözlədiyi investisiyalardan gəlir əldə etməsinə və ya karyeralarında yüksəliş yaşamasına səbəb ola bilər.
Buğaların doğuşdan gələn maliyyə instinktləri və səbirli təbiəti, bu dövrdə öz bəhrəsini verəcək. Gözlənilməz bir miras, mükafat, ya da gecikmiş ödəniş kimi gəlir artımı mümkündür. Eyni zamanda əmlak və dəyərli əşyaların alqı-satqısı sahəsində də şanslı olacaqlar.
2. Qız Bürcü:
Təfərrüatçı, analitik və çalışqan Qız bürcləri, iyulun sonunda əziyyətlərinin qarşılığını bol-bol alacaqlar. Merkurinin doğru qərar vermə bacarığını dəstəkləməsi və Saturnun quruculuq təsiri ilə, Qızlar maliyyə durumlarını gücləndirəcək addımlar ata biləcəklər.
İş həyatında göstərdikləri nizam-intizam və dəqiqlik, bu dövrdə mükafatlandırılacaq. Yeni iş təklifi, maaş artımı və ya əlavə gəlir qapıları açıla bilər. Borclarını ödəmək, yığım artırmaq və ya sərfəli investisiyalar etmək üçün əlverişli vaxtdır. Qızların planlı yanaşması onlara maliyyə rifahı qazandıracaq.
3. Əqrəb Bürcü:
Sirrli və güclü Əqrəb bürcləri, Plutonun dəyişdirici enerjisi ilə iyul sonunda maliyyə sahəsində sanki yenidən doğulacaqlar. Gözlənilməz mənbələrdən gələcək pul, ortaq işlərdən alınacaq yüksək qazanc və ya gizli bir fürsət Əqrəbləri sevindirəcək.
Əqrəblərin intuisiya gücü və risk alma bacarığı, bu dövrdə maliyyə üstünlüyünə çevrilə bilər. Borcların yenidən qurulması, böyük alış-veriş razılaşmaları və ya miras kimi gəlir mənbələri mümkündür. Əqrəblər böhranları fürsətə çevirmə qabiliyyəti ilə bu siyahıda öndədirlər.
4. Oğlaq Bürcü:
Zodiakın ən intizamlı və məqsədyönlü bürcü olan Oğlaqlar, Saturnun güclü təsiri ilə iyulun sonunda maliyyə uğurları yaşayacaqlar. Uzunmüddətli hədəflərinə çatmaq üçün göstərdikləri səbir və strateji yanaşmaları, konkret gəlirlərlə nəticələnəcək.
Oğlaqlar iş həyatında karyera yüksəlişi, mükafat, yeni və gəlirli müqavilələr imzalamaq imkanları ilə qarşılaşa bilər. Qurduqları ağıllı investisiyalar artıq gəlir gətirməyə başlayacaq. Onların ayağı yerdə olan təbiətləri, bu dövrdə maliyyə baxımından daha da möhkəmlənmələrinə şərait yaradacaq.
Nəzrin