EN

"Xameneinin susqunluğu: İranın Ali Rəhbəri haradadır?" - İsrail mətbuatı

"Bir gün biz əlimizdə heç nə olmadan yeni bayraqlar ucaldacağıq və o zaman nə bunker qalacaq, nə də arxasında gizlənəcək yalan..."
 
İranın Ali Rəhbəri Ayətüllah Əli Xamenei artıq 25 gündür ki, ictimaiyyət qarşısına çıxmır, bu da ölkədə siyasi gərginliyi artırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, İranda İsrailə qarşı başlanan müharibənin ilk günündən bu yana Xameneyi yalnız iki dəfə video vasitəsilə xalqa müraciət edib. O, nə yüksək yüksək rütbəli hərbçilərin və nüvə alimlərinin dəfnində iştirak edib, nə də şiə dünyası üçün mühüm əhəmiyyət daşıyan Aşura matəm mərasimlərində görünüb.
 
Bu susqunluq və yoxluq fonunda ölkə daxilində Xameneinin səhhətinin ciddi şəkildə pisləşdiyinə, hətta vəfat etdiyinə dair iddialar yayılıb. Sosial şəbəkələrdə isə bu mövzu əsas müzakirə predmetinə çevrilib. Belə bir vəziyyətdə İsrailin "Mossad" xarici kəşfiyyat xidməti fars dilində fəaliyyət göstərən "X" hesabı vasitəsilə bəyanat yayaraq bu şayiələri təkzib edib: "Biz Xameneinin ölümünə dair şayiələri qəti şəkildə təkzib edirik. Bir daha bildiririk ki, o sağdır".
 
Əhali arasında artan narazılıq: "Qorxaq bir siçan kimi gizlənir"
 
Xameneinin son müraciəti iyunun 26-da naməlum bir sığınacaqdan yayımlanıb. O, bu çıxışında ABŞ və İsrail üzərində "qələbə çaldıqlarını" bəyan edib. Lakin bu açıqlama İran cəmiyyətində geniş istehza və qəzəblə qarşılanıb. Mühacirət mediası olan "Iran International" nəşri yazır ki, iranlılar Ali Rəhbərin reallıqdan uzaq və qorxaqlıqla davranmasına görə onu sərt tənqid edir.
 
Sosial şəbəkə istifadəçilərindən biri belə yazıb: "Bu həyasız qorxaq siçan yuvasından xalqa müraciət edir, halbuki İsrailin baş naziri xalqın qarşısına çıxmaqdan çəkinmir". Digər bir iranlı isə qeyd edib: "Əgər doğru danışsaydı, gün işığına çıxardı". Bu tip şərhlər Xameneyinin sığınacaqdan çıxmamasını onun zəifliyi və idarəçilik qabiliyyətini itirməsi ilə əlaqələndirir.
 
Səssiz müharibə, səssiz rəhbər: əsl məğlub kimdir?
 
Hərbi ekspertlər və siyasi müşahidəçilər hesab edir ki, 12 günlük İran-İsrail müharibəsi faktiki olaraq "post-Xamenei dövrünün" başlanğıcıdır. Artıq İran daxilində onun varisinin müəyyənləşdirilməsi ilə bağlı prosedurların başladığı bildirilir.
 
Məsələn, "Reuters" agentliyi yazır ki, hələ iki il əvvəl Xameneinin özü tərəfindən təyin edilmiş üç nəfərlik komissiya bu proses üzərində işləməyə başlayıb. İranda doğulmuş alman politoloqu Əli Fəthullah-Nəjad da "Bild" qəzetinə verdiyi müsahibəsində təsdiqləyib ki, "Xameneyinin nə fiziki, nə də psixoloji gücü qalıb - bu, müharibənin ilk günündən belə idi".
 
Digər tərəfdən, İran rəhbərliyi Xameneinin təhlükəsizliyinin təmin olunması üçün əvvəlcədən hazırlanmış tədbirlər planını işə saldığını açıqlayıb. Yəni rəhbər artıq real olaraq özünü dövlət və cəmiyyət həyatından təcrid edib və bunker şəraitində idarəetməni davam etdirməyə çalışır.
 
Məğlubiyyətin əlamətləri: diplomatik təlaş və ideoloji tənəzzül
 
İctimai etimadın sarsıldığı bir vaxtda xalq tərəfindən verilən suallar getdikcə daha sərt xarakter alır: "Sən rəhbərlik etmədin, sadəcə gizləndin, başqaları isə ölürdü". Tehran sakinlərindən biri isə açıq şəkildə qeyd edir: "Biz bu rejim altında yarım əsr yaşadıq. Artıq bilirik ki, onların "qələbə" adlandırdıqları hər şey, əslində, məğlubiyyətdir".
 
Bəzi məlumatlara görə, iranlı diplomatlar hətta müharibə zamanı İsraildən ölkəni tərk etmək üçün təhlükəsiz hava dəhlizi belə xahiş edib. Xameneyinin "qələbə" dediyi bu proses əslində dövlətin və xalqın ciddi itkilər verməsi ilə müşayiət olunub. Üstəlik, ölkənin nüvə infrastrukturu və hərbi obyektlərinə vurulan zərbələr İranın müdafiə qabiliyyətinə əhəmiyyətli ziyan vurub.
 
Bunkerdə gizlənən liderin sonu yaxınlaşırmı?
 
Ayətullah Xameneinin uzun sürən yoxluğu və cəmiyyətin artan narazılığı göstərir ki, İran rejimi həm daxilən, həm də xaricdən gələn təzyiqlərlə sarsılır. Bütün çıxışları, qərarları və idarəçilik simvolizmi artıq bunker səviyyəsinə enib. İctimaiyyət isə artıq siyasi dəyişikliklərin zəruri olduğunu açıq şəkildə dilə gətirir. İranlılardan birinin dediyi kimi: "Bir gün biz əlimizdə heç nə olmadan yeni bayraqlar ucaldacağıq. Və o zaman nə bunker qalacaq, nə də arxasında gizlənəcək yalan".
Chosen
36
50
moderator.az

10Sources