EN

Klublararası dünya çempionatında PSJ “Bavariya”nı məğlub edərək yarımfinala yüksəlib

Bakı. Trend:

Klublararası dünya çempionatının 1/4 final mərhələsindəAvropanın iki nəhəng klubu – PSJ və “Bavariya” üz-üzə gəlib.

Trend xəbər verirki, görüş PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun taleyini gənc yarımmüdafiəçi Dezire Due həll edib. O,78-ci dəqiqədə vurduğu qolla hesabı açıb. Matçın son dəqiqələrindəPSJ-nin iki futbolçusu qırmızı vərəqə ilə meydandan qovulsa da,“Bavariya” bundan yararlana bilməyib. Əvəzində, Dembelenin 90+7-cidəqiqədə vurduğu ikinci qol parislilərin qələbəsinirəsmiləşdirib.

Matçın dramatik anlarından biri isə “Bavariya”nın futbolçusuCamal Musialanın PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşmanəticəsində ağır zədə alması olub. Meydandan xərəkdə çıxarılanMusialanın qıçının sındığı açıqlanıb. Hadisədən sonra Donnarummagöz yaşlarını saxlaya bilməyib.

Qələbə sayəsində PSJ yarımfinala yüksəlib və burada “Real” –“Borussiya” Dortmund cütünün qalibi ilə qarşılaşacaq.

PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 2:0

Chosen
12
50
az.trend.az

10Sources