“Parma”nın hücumçusu Anj-Yoan Bonninin “İnter”ə keçidi rəsmiləşib.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransız forvard ilə uzunmüddətli müqavilə imzalanıb və bu əməkdaşlıq 2030-cu ilə qədər nəzərdə tutulur.
Transferin məbləği təxminən 23 milyon avro təşkil edib.
21 yaşlı futbolçu karyerasına 2021-ci ildən “Parma” klubunda başlayıb. Orada 117 matçda iştirak edərək 15 qol vurub və 12 məhsuldar ötürmə edib. Keçən mövsüm isə “İnter” İtaliya çempionatında ikinci yeri tutub.