EN

Öldürüldüyü xəbəri yayılan müğənni danışdı

Azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ-Meksika sərhədində öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Kult.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında yazıb.

"Narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Çalışın, ağzınızdan çıxan sözlər doğru olsun. Bu, Allaha da xoşdur və sizin özünüz üçün də çox faydalıdır. Şər, böhtan yayanların sırasında olmayın, diqqətli və təmiz olun. Mən isə çox yaxşıyam, narahat olmağa dəyməz. Əgər məni Meksikada güllələnmiş biri kimi görüb, dərhal inanmısınızsa, deməli, məni heç tanımamısınız. Əsas odur ki, əvvəlcə özünüzü tanıyın”, - A.Pyakşeva qeyd edib.

Chosen
29
50
axar.az

10Sources