EN

Netanyahu təhlükəsizlik kabinetini toplayır

İsrailin Baş naziri Binyamin Netanyahu saat 22:00-da təhlükəsizlik kabinetini toplayacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, toplantıda Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın şərtləri və danışıqlar üçün Dohaya nümayəndə heyəti göndərib-göndərməmək məsələsi müzakirə ediləcək.

Qeyd edilib ki, danışıqlar qrupu iyunun 5-i axşam və ya ertəsi gün Qətərin paytaxtına yola düşəcək.

Chosen
20
21
publika.az

10Sources