EN

Zaqataladakı qəzada ölənlərin sayı ARTDI

Zaqatalada baş verən ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada yaralanan daha bir nəfər Xalidə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə ölüb.

“KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu hadisə zamanı xəsarət alıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
28
9
bizim.media

10Sources