EN

Kürdəmir sakinini qatar vuraraq öldürüb

Kürdəmir sakinini qatar vurub.

APA - nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonunun Karrar kənd sakini, 1980-cı il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu Bakı-Ağstafa dəmiryolunun Karrar kəndindən keçən hissəsini keçərkən onu qatar vurub.

Zərərçəkən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
17
apa.az

10Sources