EN

Londonda Fələstin tərəfdarlarının aksiyasına polis müdaxiləsi – 20-dən çox iştirakçı saxlanıldı

Londonda “Palestine Action” təşkilatının terrorçu qruplar siyahısına salınmasına etiraz edən nümayişçilərə qarşı polis əməliyyatı keçirilib.

Musavat.com xəbər verir ki, etiraz aksiyası zamanı 20-dən çox şəxs saxlanılıb.

Qeyd edək ki, bu həftə Britaniya məhkəməsi “Palestine Action” təşkilatının terror siyahısına salınması ilə bağlı qərarın müvəqqəti dayandırılması barədə müraciətini rədd edib. Rəsmi qərara əsasən, bundan sonra təşkilata üzv olmaq və ya ona dəstək vermək ağır cinayət sayılacaq və bu, 14 ilədək həbs cəzası ilə nəticələnə bilər.

 Musavat.com

Chosen
27
17
musavat.com

10Sources