EN

Cənubi Azərbaycan klubu növbəti mövsümə Türkiyədə hazırlaşacaq

Təbriz “Traktor”u yeni mövsümün hazırlıqlarına Türkiyədə start verəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Cənubi Azərbaycan təmsilçisi iyulun 8-də Türkiyəyə yollanacaq.

Komanda yeni mövsümdə İran birinciliyində və Asiya Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədi ilə Türkiyədə güclü hazırlıq keçməyi planlaşdırıb.

“Traktor”un təlim-məşq toplanışı zamanı keçirəcəyi oyunlar barədə hələlik məlumat verilməyib.

Chosen
19
50
sportinfo.az

10Sources