EN

Yığmamız möhtəşəm debüt etdi, tarixi qələbə qazandı - B divizionunda

Qızlardan ibarət basketbol üzrə U-18 millimiz ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda uğurlu debüt edib.

Sportinfo.az xəbər verir ki, yığmamız ilk qrup oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə ilə ölkə qadın basketbolu tarixində bir ilki reallaşdırıb.

Qeyd edək ki, millimizin qrupda növbəti oyunu 5 iyul Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı baş tutacaq.

Chosen
14
50
sportinfo.az

10Sources