EN

''Persepolis'' indi də başqa türkiyəli məşqçiyə təklif göndərdi

Son mövsümü 3-cü pillədə başa vuran Tehran təmsilçisi ''Persepolis''in bu günlərdə türkiyəli məşqçi İsmayıl Kartal ilə yollarını ayırdığını xəbər vermişdik.

Ancaq məlum olub ki, bu klub yoluna yenə türkiyəli mütəxəssis ilə davam etmək niyyətindədi. Yağız Sabuncuoğlunun xəbərinə ''Persepolis'' 1 ilə yaxındı, işsiz olan Abdulla Avcıya rəsmi təklif irəli sürüb. 61 yaşlı məşqçi düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, daha öncə Türkiyə yığması, eləcə də ''İstanbul BŞ'' və ''Beşiktaş''ı çalışdıran Avcı son olaraq ''Trabzonspor''da iki fərqli dönəmdə işləyib.

İlk dönəmində tarix yazan və qaradənizlilərin 40 ilə yaxın davam edən çempionluq həsrətinə son qoyan məşqçinin 2023-ün oktyabrından 2024-ün avqustuna qədər davam edən ikinci dönəmi çox da uğurlu alınmadı. İkinci dönəmdə komanda onun başçılığı altında 44 oyundan 25 qələbə, 6 heç-heçə, 13 məğlubiyyətlə ayrıldı.

Chosen
4
39
football-plus.az

10Sources