Çində tələbə qız tanışlıq saytından tapdığı oğlandan onun yerinə imtahan verməyi xahiş edib.
Oxu.Az "Scmp" portalına istinadən xəbər verir ki, Li adlı qızın sevgilisi parik taxaraq Çjunnan Universitetinin İqtisadiyyat və Hüquq fakultəsinin yerləşdiyi binaya daxil olub.
Lakin imtahana nəzarət edən şəxs onun kişi olduğunu müəyyən edə bilib. İndi Li universitetdən qovulmaq təhlükəsi ilə üz-üzədir.