EN

Laçında yük avtomobili dərəyə aşdı

LAÇIN, 6 iyul. TELEQRAF

Laçında yük avtomobili dərəyə aşıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "HOWO" markalı 77 GF 721 dövlət nömrəli avtomobil hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobili yol kənarındakı dərəyə yuvarlanıb. Yük avtomobilinin sürücüsü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Dərəyə yuvarlanan yük avtomobili qaldırıcı kran vasitəsilə dərədən çıxarılaraq aidiyyatıüzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Chosen
14
26
teleqraf.com

10Sources