BAKI, TurkicWorld
Pekin Rusiyanın Ukraynada müharibəni uduzmasını qəbul edə bilməz, çünki bu hal ABŞ-ın bütün diqqətini Çinə yönəltməsinə səbəb olar.
TurkicWorld xəbər verir ki, bu fikirləri Çin xarici işlər naziri Van İ, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüşü zamanı səsləndirib.
Çin Xarici İşlər Nazirliyi isə bununla bağlı verdiyi açıqlamada Pekinin mövqeyinin obyektiv və ardıcıl olduğunu bildirib, Çinin bu müharibənin tərəfi olmadığı xüsusi olaraq vurğulanıb. Aİ Xarici Əlaqələr Xidmətinin yaydığı rəsmi açıqlamada isə Kaya Kallasın Aİ-nin qlobal çağırışlara qarşı Çinlə konstruktiv əməkdaşlığı davam etdirmək öhdəliyini bir daha təsdiqlədiyi qeyd olunub.