ABŞ-ın Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu saatlara olan məlumata görə, Kerr dairəsində 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travisdə 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb.
Texasın qubernatoru Qreq Ebbott daha əvvəl 850-dən çox insanın təxliyə edildiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, federal hakimiyyət orqanları daşqınların nəticələrinin aradan qaldırılmasında dövlət xidmətlərinə kömək edir. Ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem bir gün əvvəl Texasa gedib.