EN

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax- magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
2
50
apa.az

10Sources