EN

Səyahət xərclərini azaltmağa kömək edən mobil tətbiqlər və veb saytlar - SİYAHI

Səyahət artıq yalnız bilet və çamadan hazırlamaqla bitmir. Gediş-gəlişin bahalaşdığı dövrdə, ağıllı mobil tətbiqlər və veb saytlar sayəsində xərcləri azaltmaq mümkündür. İstər qısa həftəsonu səfəri, istərsə də qitələrarası uzun marşrut planlayırsınızsa, bu rəqəmsal alətlər sizə həm vaxta, həm də pula qənaət etməyə kömək edəcək.

Valyuta.az səyahətinizi daha sərfəli və rahat edən tətbiq və internet platformalarının siyahısını təqdim edir.

1. “Skyscanner” – Ən ucuz aviabiletləri tapmaq üçün

“Skyscanner” tətbiqi bir çox aviaşirkət və səyahət saytının qiymətlərini müqayisə edir. Gediş-tarix, hava yolu, vaxt və digər filtr seçimləri ilə büdcəyə uyğun bilet tapmaq asanlaşır. “Hədəf: hər yer” funksiyası isə səyahət istiqamətini hələ müəyyən etməmişlər üçün ən ucuz biletləri tapmaqda yardımçı olur.

2. “Sygic Travel” – Səfərinizi xəritə üzərində planlaşdırın

Bu tətbiq görməli yerlər, restoranlar, otellər və daha çox məkan haqqında ətraflı məlumat təqdim edir. İnternetə ehtiyac olmadan işləyə bilən oflayn rejim və gündəlik marşrut planlama xüsusiyyəti ilə praktiki səyahət təcrübəsi yaradır.

3. “Interrail Planner” – Avropa daxilində qatar səyahəti üçün

Əgər Avropada qatarla səyahət etməyi planlaşdırırsınızsa, bu tətbiq ideal köməkçidir. 50.000-dən çox stansiyanı əhatə edən məlumat bazası ilə biletlər, qatar saatları və marşrutlar haqqında bütün informasiyanı təqdim edir.

4. “BlaBlaCar” – Sərfəli və sosial avtomobil paylaşımı

Uzun məsafəli səfərlər üçün avtomobil paylaşımı imkanı təqdim edən bu platforma həm xərcləri azaldır, həm də yeni insanlarla tanışlıq fürsəti yaradır. Sürücü və digər sərnişinlərin profilini və reytinqlərini görmək mümkündür.

5. “FlixBus” – Tələbə dostu avtobus seçimləri

Əgər səyahət marşrutu çox uzaq deyilsə, “FlixBus” avtobus şəbəkəsi əlverişli qiymətlərlə seçim təklif edir. “Kamil Koç” tərəfdaşlığı ilə Türkiyədən ödəniş aparmaq da mümkündür. Mobil tətbiqi ilə marşrut və avtobus izləmə funksiyası təqdim olunur.

6. “AirHint” – Aviabiletlərin qiymət dəyişimini proqnozlaşdırır

Kiwi.com saytından tapdığınız uçuşun tarix, istiqamət və vaxt məlumatını daxil etdikdə, bu xidmət sizə qiymətin düşmə ehtimalını hesablayır. Ucuzlaşma ehtimalı azdırsa, təcili almağı tövsiyə edir.

7. “Booking” və “HostelWorld” – Qonaqlama seçimləri

Otellər və hostellərin qiymətlərini müqayisə etməyə imkan verən bu iki platforma sərfəli və rahat qonaqlama tapmaq üçün ideal seçimlər təqdim edir. Xüsusilə “HostelWorld” gənc səyyahlar üçün münasib variantlar təklif edir.

8. “CouchSurfing” – Pulsuz qonaqlama və mədəniyyət paylaşımı

Qlobal səyyahlar üçün nəzərdə tutulan bu platformada istifadəçilər bir-birinə evlərini açaraq pulsuz qonaqlama təmin edir. Üzvlük ödənişlidir və profil doğrulaması tələb olunur. Eyni zamanda siz də ev sahibi ola bilərsiniz.

9. “Bolt” – Avropada velosipedlə sərfəli nəqliyyat

“Bolt” tətbiqi xüsusilə Avropa şəhərlərində yayılmış velosiped nəqliyyatı üçün uyğun platformadır. Xəritə yaxınlıqdakı velosipedləri taparaq sərfəli qiymətlərlə icarəyə götürmək mümkündür.

10. “Google Maps” – Səfər üçün marşrut planlaması

Google Maps bir neçə dayanacaqdan ibarət səyahət marşrutlarını planlamağa imkan verir. Yürüyüş, maşın, ictimai nəqliyyat və velosipedlə gedə biləcəyiniz yolları göstərir. Bu xüsusiyyət səyahətə çıxmazdan əvvəl addım-addım planlama imkanı yaradır.

Sərvanə Rəmixanova

Chosen
12
50
valyuta.az

10Sources