EN

Son sutka ərzində Qəzzada 78 nəfər həlak olub

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Son 24 saatda İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 78 fələstinli həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri son 24 saat ərzində Fələstin anklavını bombalamağa davam edib və nəticədə 78 nəfər ölüb.

“Son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hakimiyyəti tərəfindən ABŞ-nin iştirakı ilə yaradılan Qəzza Humanitar Fondunun (GHF) paylama məntəqələrində yardım axtararkən 743 yerli sakin həlak olub, 4800-dən çox insan yaralanıb”, – telekanalın məlumatında deyilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrail və Qəzza arasındakı müharibədə 57,3 mindən çox fələstinli həlak olub, 136 minə yaxın insan isə yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
17
yeniavaz.com

10Sources