EN

Xankəndidə möhtəşəm beynəlxalq tədbir

Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca onun geosiyasi nüfuzu da davamlı olaraq yüksəlir.  Xüsusilə beynəlxalq iqisadi təşkilatlar ölkəmizlə əməkdaşlıqlarını daha genişləndirməyə çalışırlar. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycanın geosiyasi gücünün və qüdrətinin təntənəsidir
İyulun 3-4-də təşkilatın Azərbaycanın Xankəndi şəhərində yüksək səviyyəli beynəlxalq tədbiri – 17-ci Zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu, Azərbaycanın strateji olaraq dəstəklədiyi  istiqamətlərdən biridir.
570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula (ÜDM) sahib olan ECO artıq regional deyil, həm də qlobal güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndidə ECO-nun sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Eyni zamanda, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. ECO-da Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Onlarla əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Bu  baxımdan Xankəndidə keçirilən Sammit, eyni zamanda, təşkilata üzv dövlətlər arasında əlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün mühüm fürsətdir.
Xüsusilə Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bununla bağlı fikirləri Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: «Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.»
Ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçvəsində irəli sürdüyü iqtisadi təşəbbüslər ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ən başlıcvsı isə ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərinə səmərəlilik gətirir.
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışında bildirib ki, iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycannın çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Ölkə başçısı qeyd edib ki, “bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Chosen
6
13
veteninfo.az

10Sources