EN

Ərəblərin ən bahalı alış-verişləri - 500 milyonluq...

Ərəblər zənginlik mövzusunda hər yerdə gündəmə gəlirlər. İngilis mediası bu dəfə ərəblərin ən bahalı alış-verişinin siyahısını hazırlayıb.

Milli.Az xəbər verir ki, siyahıda onların ödədiyi ən yüksək hesablar yer alıb.

14 milyon dollarlıq avtomobil nömrə nişanı - Ərəb iş adamı Səid Əbdul Qəffar Xuri Əbu-Dabidə tək rəqəmli "1" nömrə nişanını alaraq onu dünyanın ən bahalı nömrə nişanı edib.

80 şahin üçün təyyarə bileti - Səudiyyəli şahzadə 80 şahini üçün təyyarədə ayrıca yerlər alıb, hər quş üçün minlərlə dollar ödəyib ki, onlar təhlükəsiz səyahət edə bilsinlər.

500 milyon dollarlıq yaxta - Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük lüks yaxtalarından biri olan "Serene" yaxtasını 500 milyon dollara alıb.

450 milyon dollarlıq Da Vinçi tablosu - "Salvator Mundi" adlı tablo Səudiyyəli şahzadə Bədr bin Abdullah tərəfindən hərracda alınıb və bu, tarixdə satılmış ən bahalı rəsm əsəridir.

3 milyon dollarlıq dəvə - Körfəz ölkələrində keçirilən dəvə hərraclarında bir yarış dəvəsi təxminən 3 milyon dollara satılıb. Bu da bölgədə dəvələrə olan dərin mədəni sevgini əks etdirir. /Axşam.az

Milli.Az

Chosen
6
13
milli.az

10Sources