Bakı. Trend:
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən AzərbaycanBeynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyada GənclərinLiderliyi və İnnovasiya Mərkəzinin yaradılması layihəsinə qoşulub.Mərkəz paytaxt Nayrobi şəhərində fəaliyyət göstərəcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə gənclərinbacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlikqabiliyyətlərinin inkişaf etdirilməsi, uğurlu karyera qurmalarıüçün səyləri gücləndirmək məqsədi daşıyır.
İyulun 4-də Mərkəzin təqdimat mərasimi keçirilib. AİDA-nınlayihənin maddi-texniki təminatı üçün ayırdığı, iki mərhələdə sərfediləcək toplam 34 min ABŞ dolları məbləğində maliyyə yardımıAzərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev tərəfindən Mərkəzətəqdim olunub.
Mərasimdə AİDA ilə Keniya Xüsusi Təlim-Tədris İnstitutu və digərlayihə tərəfdaşları arasında niyyət sənədi imzalanıb.
Çıxış edənlər bu humanitar layihədə AİDA-nın iştirakınıAzərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərintərkib hissəsi olaraq qiymətləndirib.