ain.az, Axar.az portalına istinadən məlumat verir.
Fransa kəşfiyyatı iddia edir ki, Çin may ayında Hindistan və Pakistan arasında baş verən toqquşmadan sonra “Rafale” qırıcı təyyarəsini gözdən salmaq üçün səfirliklərindən istifadə edib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, Pekin İndoneziya kimi ölkələri "Rafale" qırıcıları ilə bağlı sövdələşmələrini ləğv etməyə və ya yenidən nəzərdən keçirməyə və əvəzinə Çin təyyarələrini seçməyə məcbur edib.
Qeyd edək ki, bu ilin mayında baş verən hərbi toqquşmalar nəticəsində Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 3 “Rafale” qırıcısını vurmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.