EN

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü Ölən var YENİLƏNİB

ain.az, Lent az portalına istinadən məlumat verir.

Xəbərə foto əlavə edilib.

***

saat 12.26

Şəmkirdə toqquşan iki minik avtomobilindən biri Türkiyə vətəndaşına məxsus olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "VAZ 2106" markalı minik avtomobili ilə Türkiyə vətəndaşına məxsus “Nissan” markalı minik avtomobili toqquşub.

Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

***

saat 11.53

Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.

2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.

***

saat 10.46

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
50
lent.az

10Sources