“Atletiko” heyətinə yeni futbolçu cəlb edib.
Klubun mətbuat xidmətinin məlumatına görə, Madrid təmsilçisi “Vilyarreal”dan Aleks Baenanı transfer edib. 23 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb. “Atletiko” bu keçid üçün İspaniyanın digər klubuna 45 milyon avro ödəyib.
Baena ötən mövsüm La Liqada meydana çıxdığı 32 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.