EN

İsa Qəmbər, Əli Kərimli və Ermənistan keşişləri

Azərbaycan-Rusiya münasibətləri “isti” olanda, yəni Azərbaycan Rusiya ilə paralel və ya neytral tonlarda siyasət aparanda, xarici medianın diqqəti əsasən hakimiyyətin mövqeyinə yönəlirdi. Müxalifət sanki görünməz idi. Hətta onların fikirlərinə yer vermək, qlobal media üçün önəmsiz sayılırdı.

 

İndi isə mənzərə dəyişib. Azərbaycanın müstəqil siyasəti, Rusiyanın imperiya maraqları ilə ziddiyyətə girəndən sonra, elə həmin xarici media “müxalifət azadlığı”, “siyasi plüralizm”, “alternativ səslər” adı altında müxalifətin simasını önə çıxarmağa başlayıb.

 

Bu, siyasi oyun qaydalarının bir hissəsidir. Səni sevməyən qüvvələr sənin daxilindəki zəif həlqəni gücləndirməyə çalışır.


Müxalifət liderlərinin bu cür qəfil maraq obyekti olması isə siyasi təcrübəsi olan hər kəs üçün siyasi alətin vitrində nümayişi deməkdir.


Bu müsahibələr daxili narazılığı şişirtmək, hakimiyyətə təzyiq rıçaqları yaratmaq, Azərbaycana “demokratiya dərsi” keçmək üçün istifadə olunur.


Müxalifət isə bunu real siyasi maraq kimi qəbul edir və özlərinin beynəlxalq səviyyədə tanındığını düşünür.
Halbuki bu diqqət milli marağın yoxluğunun, alət kimi istifadə edilməyin ən real sübutudur.

 

Azərbaycan müxalifətini yada salanların məqsədi nə idi, nə dəyişdi və niyə indi yada düşür hər şey aydındır. Ermənistandakı keşişlərlə Azərbaycandakı bəzi siyasi təşkilat rəhbərləri çox oxşar danışırlar.


Elnur Əmirov

Chosen
12
50
modern.az

10Sources