EN

Moskva–Sankt-Peterburq hava əlaqəsində ciddi problemlər yaşanır

Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri arasında hava nəqliyyatı iflic vəziyyətinə düşüb.

Far.Az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb.

Bildirilib ki, günorta saatlarında yerinə yetirilməli olan 52 reysin 30-u ləğv olunub, 9-u isə gecikib. Məlumata görə, milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinlərin daşınmasını geniş gövdəli təyyarələrlə həyata keçirməyi planlaşdırır.

Uçuşların gecikməsi və ləğvi səbəbindən yalnız iyulun 5-də təxminən 75 min sərnişinin səfər planları pozulub.

Chosen
7
50
far.az

10Sources