EN

Xalq artisti Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü

Hər zaman sosial layihələrdə layiqincə iştirak edən Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva bu dəfə də ənənəsinə sadiq qalaraq autizmli uşaqlarla görüşüb.

Missiya.Az xəbər verir ki, Tünzalə Ağayeva, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalovanın təsis etdiyi “Kaşalata” kafedə bir araya gəliblər.

Sözügedən məkan sadəcə bir kafe deyil, həmin yerdə autizmli gənclərimiz çalışır, ordan əldə edilən vəsait xeyriyyə məqsədi ilə istifadə olunur. 

Görüşdə sənətçilər gənclərlə birlikdə mahnılar ifa, rəqs ediblər, həmçinin əyləncəli və unudulmaz anlar yaşayıblar. 

Gecənin xüsusi qonaqlarından olan pop ulduz Tünzalə Ağayeva günün qəhrəmanları ilə birlikdə artıq himnə çevrilən “Fərqliyəm” əsərini səsləndirib. Eyni zamanda bir sıra hitlərini ifa edib.

Chosen
12
34
missiya.az

10Sources