ain.az bildirir, Yenisabah portalına istinadən.
Dənizkənarı bulvarda suda batmaqda olan qadın xilas edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Dördpendirli pizza
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Nazilə Balaxan qızı Eminova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.