Zelenski: Ukrayna və Danimarka birgə silah istehsalı barədə razılığa gəliblər
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski, "X" hesabında verdiyi açıqlamada bildirib ki, ölkəsi xarici tərəfdaşlarla birlikdə uzaqmənzilli silahlar və qarşılayıcı dronların istehsalını artırmağı planlaşdırır.
Ukraynanın Strateji Sənaye Sahələri üzrə naziri Herman Smetanin əlavə edib ki, Danimarka Ukrayna müdafiə texnologiyalarından istifadə edərək silah istehsalına başlayan ilk ölkə olacaq və bu texnologiyalar miqyaslandırılaraq genişləndiriləcək.
Bundan başqa, Ukrayna ABŞ-ın "Swift Beat" şirkəti ilə müqavilə imzalayıb. Bu razılaşmaya əsasən:
Ukrayna yüz minlərlə pilotsuz uçuş aparatı (PUA), o cümlədən qarşılayıcı dronlar alacaq.
Swift Beat istehsal gücünü genişləndirəcək və Ukrayna ordusuna dron tədarükü öncəli şəkildə və maya dəyərinə uyğun həyata keçiriləcək.
Məryəm Quliyeva