EN

"İmişli"nin yollarını ayırdığı baziliyalı: "Onların verdiyi qərara hörmət edirəm, amma razılaşmıram"

"İmişli"nin mənə yeni müqavilə təklif edəcəyini gözləyirdim. Çünki bu şəhərin 19 ildən sonra Premyer Liqaya çıxmasına kömək edən əsas oyunçulardan biri idim. Düzü, mənə müqavilə təklif etməməkləri üzücü oldu. “İmişli” üçün hər şeyimi vermişdim, Premyer Liqada oynamağa hazır idim. Bunun üçün keyfiyyətim var. Hər halda, Allah hər şeyi bilir. Çox üzgün idim".

Bu sözləri Sportal.az saytına açıqlamasında 2024/2025 mövsümündə “İmişli”nin heyətində əsas oyunçulardan olmuş Pablo Enrike deyib. 

Braziliyalı “İmişli” rəhbərliyinin ona yeni mövsüm müqavilə müddətini artırmağı təklif etməməsinə reaksiyası bu cür olub: 

"Düzünü deyim, “İmişli”nin mənə yeni müqavilə təklif etməməsinin səbəbini hələ də bilmirəm. Premyer Liqada oynamaq üçün kifayət qədər keyfiyyətlərə malik olduğuma inanıram. Bu, onların qərarı idi və mən buna hörmət edirəm, lakin razılaşmıram”.

O, “İmişli”nin Premyer Liqada ev oyunlarını doğma şəhərində deyil, Ağsuda keçirmək ehtimalına bu cür münasibət bildirib: "İmişli camaatı Birinci Liqada çempionat boyu bizə çox kömək etdilər. İnanıram ki, onlar ev matçlarını Ağsuda keçirsələr də, komandanı tək qoymayacaqlar. Təbii ki, matçlar İmişlidə keçirilsəydi, daha da yaxşı olardı. Çünki azarkeşlər inanılmazdı və bizi sona qədər dəstəkləyirdilər".

Sonda isə Pablo Azərbaycana geri qayıtmaq ehtimalını dəyərləndirib: "Hazırda Azərbaycana qayıtmaq mənim üçün çox çətindir. “Səbail”lə danışmışam, konkret heç nə əldə olunmayıb. Azərbaycanı bəyəndim, geri qayıtmağı da çox istəyərdim. Amma bu, indi tək məndən asılı deyil".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
12
20
sportal.az

10Sources