BAKI, 6 iyul. TELEQRAF
Ukrayna Rusiya ilə danışıqlarda onların effektivliyinə inandığı üçün iştirak etmir.
Teleqraf xəbər verir ki, Xarici İşlər Nazirliyinin təmsilçisi Georgi Tixiy açıqlama verib.
O bildirib ki, sadəcə, Ukrayna heç kimin onu sülh istəməməkdə ittiham etməsini istəmir.
XİN təmsilçisinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti iki məqsəd güdür: "Birincisi humanitar məqsəddir: əsirlərin qaytarılması və digər bənzər məsələlərin həlli. İkincisi siyasi məqsəddir - kiminsə Ukraynanı sülh istəməməkdə ittiham etməsinin qarşısını almaq. Müxtəlif dairələrdə, müxtəlif ölkələrdə, hətta müttəfiq ölkələr arasındaKifayət qədər belə cəhdlər var".
G.Tixiy vurğulayıb ki, Kreml nümayəndə heyətinin səviyyəsinin aşağı olmasına baxmayaraq, Ukrayna məhz buna görə danışıqlara öz nümayəndələrini göndərir.
"Ukrayna nümayəndə heyətinin tərkibi göstərir ki, bizim üçün prioritet təhlükəsizlik və humanitar məsələlərdir, qalan hər şey ikinci dərəcəlidir", - o əlavə edib.