BAKI, 6 iyul. TELEQRAF
Azərbaycanın qızlardan ibarət U-18 milli komandası Avropa Çempionatı B divizionunda üçüncü qrup oyununu keçirib.
Teleqraf xəbər verir ki, milli komanda Litva yığması ilə görüşü 31:82 hesabı ilə məğlub tamamlayıblar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu iyulun 8-də İslandiya seçməsinə qarşı keçirəcək.