Ajans.az xəbər verir ki, Rio-de-Janeyro şəhərində keçirilən sammitin açılış mərasimində çıxış edən Braziliya Prezidenti Lula Da Silva Ukraynada bütün tərəfləri atəşkəsin və sülhün əldə olunması naminə birbaşa dialoqu dərinləşdirməyə çağırıb.  Braziliya Prezidenti NATO-nun üzv ölkələrin hərbi xərcləri 5 faizə qədər artırması barədə qərarının isə dünyada silahlanma yarışına təkan verdiyini vurğulayıb. Samittə videokonfrans formatında qatılan Rusiya Prezidenti Vladimir Putin çıxışında BRICS ölkələrinin ümumdaxili məhsulunun G7 ölkələri ilə müqayisədə daha çox olmasına diqqət çəkib, bu ölkələr arasında milli valyutada ticarətin artdığını qeyd edib. Rusiya Prezidenti ədalətli dünyanın “qızıl milyarda” xidmət edən birqütblü sistemi dəyişdiyini, liberal qloballaşmanın artıq “faydalı” olmadığını, BRICS isə inkişaf nümayiş etdirdiyini söyləyib. Sammitin yekun bəyannaməsində liderlər Ukraynadakı vəziyyətlə bağlı mövqelərini bildiriblər. Onlar münaqişənin nizamlanması üçün indiki səylərin sülh yolu ilə razılığa gətirib çıxaracağına ümid etdiklərini vurğulayıblar. Sənəddə qeyd olunub ki, liderlər bu məsələdə vasitəçiliklə bağlı hazırkı təklifləri yüksək qiymətləndirirlər. Yekun bəyannamədə eyni zamanda son günlər Ukrayna Silahlı Qüvvələrinin Kursk, Bryansk və Voronej vilayətlərində dəmir yollarına və körpülərə edilən hücumları və İrana hərbi zərbələrin endirilməsini pisləyiblər. BRİKS-in növbəti sammiti 2026-ci ildə Hindistanda keçirləcək.

Qeyd edək ki, BRİKS ölkələrinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.