Türkiyənin “Fənərbağça” klubu kolumbiyalı hücumçu Con Duranın transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisi 20 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan bir illik icarəyə götürüb.
Gənc hücumçu ötən mövsüm “Aston Villa” klubunda çıxış etdikdən sonra “Əl-Nəsr”ə transfer olunub.