EN

BRICS növbəti sammitinə bu ölkə ev sahibliyi edəcək

BRICS-in növbəti sammiti bu ölkənin sədrliyi ilə 2026-cı ildə Hindistanda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə TASS assosiasiyanın sammitinin bəyannaməsinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunub ki, BRICS Braziliyanın assosiasiyaya sədrliyini alqışlayır və Rio-de-Janeyroda sammitə ev sahibliyi etdiyinə görə ölkə hökumətinə və xalqına minnətdarlığını bildirir.

Bəyannamədə deyilir: “Biz Hindistanın 2026-cı ildə BRICS-ə sədrliyində və BRICS-in 18-ci Sammitinin Hindistanda keçirilməsində ona tam dəstəyimizi bildiririk”.

Chosen
18
35
publika.az

10Sources