EN

Gəncədə piyadanı avtomobil vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
6
22
apa.az

10Sources