İyulun 10-u Masazırda “Selye”ni qəbul edəcək “Sabah” artıq UEFA-ya iştirak ərizəsini göndərib.
Bu barədə “Football-plus.az” “bayquşlar”ın mətbuat katibi Elnur Həmidov məlumat verdi. Həmkarımız transferlərin bitməsi ilə bağlı nəsə deməsə də, iştirak ərizəsinin göndərildiyini vurğuladı.
Xatırladaq ki, iyulun 10-da “Selye”ni qəbul edəcək “Sabah” bir həftə sonra cavab görüşünə çıxacaq.
MÜZƏFFƏR QULUZADƏ