EN

Con Duran “Fənərbağça”da!

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kolumbiyalı hücumçusu Con Duran bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı hücumçunu 1 illik icarə əsasında heyətinə qatıb. Razılaşmaya əsasən, kolumbiyalı oyunçunun maaşını bu müddət ərzində “Fənərbağça” ödəyəcək.

Xatırladaq ki, Con Duran bu ilin əvvəlində “Aston Villa”dan 77 milyon avro müqabilində Səudiyyə Ərəbistanı klubuna transfer olunmuşdu. O, “Əl-Nəsr”in heyətində 18 oyuna çıxıb, 12 qola imza atıb.

Kolumbiyalı futbolçu daha öncə “Aston Villa”, “Enviqado”, “Çikaqo Fayr” kimi klubların da şərəfini qoruyub.

Kolumbiyanın U-17 və U-21 yığmalarında da oynamış futbolçu 2022-ci ilin sentyabrında əsas millidə debüt edib. O, millinin heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Chosen
7
32
arena.az

10Sources