EN

“Şamaxı”da portuqaliyalı yarımmüdafiəçi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, ötən mövsüm Azərbaycan çempionatını 7-ci yerdə başa vuran komanda portuqaliyalı yarımmüdafiəçi Diogo Balaunu heyətinə qatıb.
 

25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, ki, Balau son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
50
bizim.media

10Sources