EN

Ukrayna Almaniyaya silah tələblərini əhatə edən gizli siyahı təqdim edib

Bakı. Trend:

Ukrayna hökuməti Almaniyaya ehtiyac duyduğu hərbi texnika vəsursatı əhatə edən gizli silah siyahısı təqdim edib.

Trend-in “Bild”nəşrinə istinadla verdiyi məlumata görə, siyahıda Almaniyaistehsalı olan IRIS-T hava hücumundan müdafiə sistemlərinə və digərhərbi texnikalara böyük tələbat əks olunub.

Xüsusilə, Ukrayna dörd ədəd IRIS-T SLM orta mənzilli havahücumundan müdafiə sistemi, bu sistem üçün 1500 raket, IRIS-T SLSqısa mənzilli sistemi üçün isə 500 raket istəyib. Bundan əlavə, 40mm-lik zenit topları üçün 200 min mərmi də tələblərsırasındadır.

Siyahıya həmçinin aşağıdakılar daxildir:

1000 ədəd mina partlamasına davamlı maşın

200 ədəd tırtıllı zirehli nəqliyyat vasitəsi

30 ədəd zirehli minaaxtaran maşın

20–30 ədəd WiSENT tipli zirehli mühəndis maşını

Xüsusi təyinatlılar üçün 200 ədəd yolsuzluq avtomobili

Pilotsuz uçuş aparatları (PUA)

200 mobil yer radarı ilə mübarizə üçün 1000 GPS siqnal tıxaccihazı

“Bild” qeyd edir ki, Almaniya hökumətinin bu gizli tələblərsiyahısına necə cavab verəcəyi hələlik məlum deyil.

Chosen
8
38
az.trend.az

10Sources