Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinin yekun bəyanatının layihəsinin iştirakçı ölkələr arasında gələcək qarşılıqlı fəaliyyət üçün möhkəm əsas olacağı fikrini bildirib..
Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir.
“Sənəd BRİKS-in ənənəvi davamlılıq və bərabər əməkdaşlıq ruhunda işimiz üçün yaxşı zəmin yaradır”,Putin vurğulayıb.
Vladimir Putin həmçinin bildirib ki, liberal qloballaşma modeli köhnəlir. Dövlət başçısının sözlərinə görə, dünya miqyasında əsaslı dəyişikliklər baş verir, ona görə də beynəlxalq münasibətlərin birqütblü sistemi keçmişə çevrilir. Prezident həmçinin qeyd edib ki, BRİKS iqtisadi göstəricilərə görə G7 ölkələrini xeyli üstələyir.
İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində BRİKS-in 17-ci sammiti keçirilir. Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinə rəhbərlik edir və Putinin iştirakı videokonfrans vasitəsilə uzaqdan həyata keçirilir.
Poliqon.info