Ötən gün Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən X sosial media platformasında dezinformasiya yaymaqda ittiham olunaraq saxlanılan jurnalist Timur Soykan sərbəst buraxılıb. Türkiyə mediasının yazdığına görə, polis idarəsindəki prosedurlar tamamlandıqdan sonra işi məhkəməyə göndərilən Soykanın həftədə üç dəfə imzası alınacaq. Üstəlik, məhkəmənin qərarına əsasən, onun ölkədən çıxışına qadağa tətbiq olunub.