EN

“Qarabağ” ilk yoxlama oyununa çıxır

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq.  Dominos pizza

İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq. 

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

 


Telegram kanalımız
Chosen
21
47
yenisabah.az

10Sources