EN

Peşə təhsilində sifarişli yerlərin sayı 64 faiz artıb - Nazirlik

Bakı. Trend:

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsilimüəssisəsində 136 ixtisas üzrə aparılıb.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illikhesabatında məlumat verilib.

Bildirilib ki, ilk dəfə olaraq bu il Naxçıvan MuxtarRespublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və453 nəfər qəbul olub.

"Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbulolunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır.21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişliəsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub.

Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaşisə 69 olub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisastəhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinəqəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21faiz artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faizartıb. Bu, 2021-2022-ci tədris ilində 14 160, 2022-2023-cü tədrisilində 16 040, 2023-2024-cü tədris ilində 18 290, 2024-2025-cütədris ilində isə 23185 nəfər olub", - deyə məlumatda qeydedilib.

Chosen
7
37
az.trend.az

10Sources