EN

Ramzan Kadırov onun ölüm xəbərini yayanları HƏDƏLƏDİ

“Əgər insan gəlmirsə və məsləhətləşmə keçirmirsə, bu, o demək deyil ki, o, “ölür və ya artıq ölüb”.” Vətəninfo.az xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov regional hökumət üzvləri ilə məsləhətləşmələr zamanı bildirib.

Kadırovun sözlərinə görə, hər gün məsləhətləşmələr aparmağa ehtiyac yoxdur, çünki “sistem qaydasındadır. Sizə zəng etmək və ya hər hansı göstəriş vermək kifayətdir – bu, bizdə olan sistemdir”, – Kadırov deyib.

“Ucuz şeylər yazanlara müraciət edirəm, biz sağıq… Bizim ideologiyamız birinci prezidentimizin yoludur və biz o yoldan bir saniyə belə dönməmişik”, – Kadırov əlavə edib.

Chosen
18
28
veteninfo.az

10Sources