EN

“TələbəPlus” kartı ilə təmin edilən tələbələrin sayı açıqlandı

Bakı. Trend:

200 minə yaxın tələbə “TələbəPlus” kartı ilə təminedilməkdədir.

Trend xəbər verir ki, bu barədə Elm və TəhsilNazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu,Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətininbirgə təşəbbüsü ilə həyata keçirilir.

"Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdənyararlanmalarını təmin etmək, eyni zamanda onların sosialhəyatlarına dəstək göstərmək məqsədi daşıyır. Tələbələr “VISA”nıntəqdim etdiyi xüsusi keşbək, promokod və endirimlərdən yararlanabiləcəklər.

Layihəyə 350-dək yerli və xarici şirkət qoşulub. Kartsahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatlarımağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştləredilir. Hazırda əməkdaşlıq müqaviləsi imzalanmış 24 universitetdəbakalavriat, magistratura, doktorantura səviyyələri üzrə 200 minəyaxın tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir", - deyəməlumatda qeyd edilib.

Chosen
23
2
az.trend.az

10Sources