"Dünən və bu gün fasilələrlə G1 səviyyəsi müşahidə olunub. Növbəti 3 günü isə sakit göstərir".
Bunu Far.Az-ə açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Aynur Abdulkərimova bildirib.
Onun sözlərinə görə, həmçinin güclü alışma və ya Tac Kütlə atılması (plazma seli) qeyd olunmayıb. Yəni növbəti 3 gün ərzində kosmik hava şəraiti sakit olacaq".
Mütəxəssis vurğulayıb ki, G1 səviyyəli qasırğa ən zəif qasırğadır. Geomaqnit qasırğası şkalası G1-G5 arasında dəyişir.