EN

Sumqayıt ın baş məşqçisi keçmiş Qalatasaray lı olacaq

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Sumqayıt" futbol komandasının yeni baş məşqçisi Saşa İliç artıq Azərbaycandadır.

Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis dünən axşam saatlarında Bakıya çatıb. Serbiyalı baş məşqçinin bu gün ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib. O, futbolçu kimi "Qalatasaray"da da forma geyinib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
29
news.milli.az

10Sources