EN

Gəlin öldürülüb, qayınanası baş və əl nahiyələrindən xəsarət alıb Qayınata isə tutulub

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.

Mia.az xəbər verir ki, rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb.

Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır(qafqazinfo).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
23
mia.az

10Sources